Arabir yağış, qar yağacaq – SABAHIN HAVASI

Arabir yağış, qar yağacaq – SABAHIN HAVASI

SOSİUM
896

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 24-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 7-9° isti, gündüz  12-15° isti olacaq.

Bakıda  gecə 7-9° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında

Arabir yağış,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-16° isti, dağlarda gecə 3-6° şaxta, gündüz  0-3° şaxta olacaq.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Arabir yağış, qar yağacaq – SABAHIN HAVASI — Fins.az — Fins.az