Aparıcı mühasib - VAKANSİYA

Aparıcı mühasib - VAKANSİYA

SOSİUM
448

Fins.az - ModulX Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.

İş barədə məlumat:

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;

  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;

  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;

  • Vergi və mühasibat uçotunu aparmaq;

  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;

  • Debitor və kreditor hesablaşmaları aparmaq;

  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;

  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;

  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi;

  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;

  • Gündəlik və aylıq hesabatları tərtib etmək;

  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Minimum 2 il tikinti sahəsində mühasib təcrübəsi olmalı;

  • Vergi və Əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;

  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;

  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli;

  • 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;

  • Azərbaycan və Rus dilini  bilməli,ingilis dili arzuolunandır;

  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki

  • Nahar fasiləsi: 13:00 -14:00

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin qeyd olunan elektron poçt ([email protected]) ünvanına mövzu yerində "Aparıcı mühasib” başlığı yazmaqla göndərilməsi xahiş olunur;

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aparıcı mühasib - VAKANSİYA — Fins.az — Fins.az