"Yüz Yaşa" tibbi sığorta paketi

"Yüz Yaşa" tibbi sığorta paketi

SIĞORTA
507

“Atəşgah” Sığorta Şirkəti fiziki şəxslər üçün könüllü tibbi sığorta paketini təqdm edir.

Fins.az xəbər verir ki, "Yüz Yaşa" tibbi sığorta paketi müştərilərə evdən çıxmadan telefon vasitəsi ilə həkim məsləhətindən yararlanmaq imkanı yaradır. Audio, video zəng vasitəsi ilə  səhhətinizlə bağlı yaranan problemlər haqqında peşəkar həkimlərdən məsləhət ala, təyin olunan müalicədən yararlana bilərsiniz.

Harada olmağınızdan asılı olmayaraq, istər işdə, istərsə sükən arxası və ya səyahətdə olsanız da, həmişə telesəhiyyə, tibbi sığorta xidmətlərindən istifadə edə bilərsiniz.
"Yüz Yaşa" tibbi sığorta paketi alaraq həm peşəkar həkimlərdən tibbi xidmət alırsınız, həm də sağlamlığınız üçün rahatlığı qazanırsınız. 

"Yüz Yaşa" Sağlamlıq sığortası

Yüz Yaşa" sağlamlıq sığortası 18-50 yaş arası fiziki şəxslər üçün nəzərdə tutulub.

"Yüz yaşa" sığorta məhsulunun baza paketinə aşağıdakı xidmətlər daxildir:
• Telerabitə vasitəsi ilə xidmətlərdən istifadə
• Təcili hospitalizasiya və təcili stasionar yardım
• Dərmanların çatdırılması
• Telehəkimin təyinatı ilə təcili və təxirsalınmaz tibbi yardımın çağırılması
• Təcili vaksinasiyalar
• Sığorta təminatına daxil olmayan müəyyən növ xidmətlərə endirim

Ətraflı linkdən izləyə bilərsiniz.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Yüz Yaşa" tibbi sığorta paketi — Fins.az — Fins.az