Yeni tibbi sığorta proqramı təcili yardım və check-up xidmətlərini əhatə edir

Yeni tibbi sığorta proqramı təcili yardım və check-up xidmətlərini əhatə edir

SIĞORTA
326

Fins.az - “A-Qroup Sığorta Şirkəti” “ÖZƏL” adlı yeni tibbi sığorta proqramını təqdim edib.

Məlumata görə, proqram insanların tibbi xərclərini qarşılayaraq səhiyyə xidmətlərinə çıxışı daha əlçatan və rahat etməyi hədəfləyir. Qeyd olunur ki, illik tibbi sığorta təminatı 15 000 AZN civarında müəyyən edilib.

Bildirilib ki, proqram çərçivəsində illik paketlərin qiyməti yaşdan asılı olaraq 539 AZN-dən başlayır.

Proqrama daxil olan xidmətlər arasında təcili tibbi yardım, ambulator və stasionar müalicə, dərman təminatı, eləcə də təcili və planlı stomatoloji xidmətlər yer alır. Eyni zamanda təcili vaksinasiya, fizioterapiya və tibbi masaj prosedurları da proqramın tərkibinə daxildir.

Qeyd edilir ki, “ÖZƏL” sığorta proqramı çərçivəsində “A-Group Mobile Concierge” mobil tətbiqi vasitəsilə SOS düyməsi ilə təcili əlaqə imkanı yaradılır. Bu funksiya vasitəsilə çağrı mərkəzi operatorları istifadəçinin geolokasiyasını müəyyən edərək “MediClub” həkim briqadasını birbaşa ünvana yönləndirir.

Məlumata görə, proqram çərçivəsində istifadəçilərə pulsuz check-up müayinəsi də təqdim olunur. Paketə terapevt müayinəsi, EKQ, döş qəfəsinin rentgeni, qanın və sidiyin ümumi analizi, qarın boşluğu USM, xolesterin və şəkər testləri daxildir.

Eyni zamanda hepatit B və C, nəcisdə gizli qan analizi, PSA (prostat xərçəngi) və CA-125 (yumurtalıq və uşaqlıq xərçəngi) müayinələri də həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni tibbi sığorta proqramı təcili yardım və check-up xidmətlərini əhatə edir — Fins.az — Fins.az