Yeni tibbi sığorta paketində hansı xidmətlər var?

Yeni tibbi sığorta paketində hansı xidmətlər var?

SIĞORTA
272

Fins.az - “A-Qroup Sığorta Şirkəti” ASC fərdi və korporativ müştərilər üçün nəzərdə tutulmuş “FƏRQLİ” adlı tibbi sığorta proqramını təqdim edib.

Şirkət bildirib ki, proqram çərçivəsində tibbi xidmətlər üzrə 100 min manatadək sığorta təminatı təqdim olunur və qrup şəklində qoşulan müştərilər üçün xüsusi endirimlər tətbiq edilir.

Məlumata görə, proqram təcili tibbi yardım, ambulator və stasionar müalicə, dərman təminatı, fizioterapiya, vaksinasiya, onkoloji xəstəliklərin müayinə və müalicəsi, xaricdə tibbi müayinə və digər geniş tibbi xidmətləri əhatə edir. Şirkət həmçinin hər il ödənişsiz Check-Up müayinəsinin də paketə daxil edildiyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni tibbi sığorta paketində hansı xidmətlər var? — Fins.az — Fins.az