
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-MAY/2026
Fins.az – 2026-cı ilin yanvar–may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə toplanan sığorta haqlarının həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hesabat dövründə ölkədə fəaliyyət göstərən 15 sığorta şirkəti tərəfindən ümumilikdə 732,633 milyon manat sığorta haqqı toplanıb.
Sığorta bazarında ən böyük yığım 370,978 milyon manat ilə “Paşa Həyat Sığorta” ASC-yə məxsus olub. Şirkət ümumi yığımların yarıdan çoxunu təmin edərək bazar liderliyini qoruyub.
İkinci yerdə 172,311 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 50,417 milyon manat göstərici ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.
Sonrakı yerlərdə “Atəşgah” Sığorta Şirkəti ASC (27,058 milyon manat), “Qala Sığorta” ASC (21,098 milyon manat), “Aqrar Sığorta” ASC (13,383 milyon manat) və “Azərbaycan Sənaye Sığorta” ASC (13,006 milyon manat) yer alıb.
Hesabat dövründə “Meqa Həyat Sığorta” ASC 12,349 milyon manat, “Meqa Sığorta” ASC 12,146 milyon manat, “Qala Həyat” Sığorta Şirkəti ASC isə 11,818 milyon manat sığorta haqqı toplayıb.
Digər şirkətlər üzrə yığımlar “Xalq Sığorta” ASC-də 11,040 milyon manat, “A-Qroup Sığorta Şirkəti” ASC-də 7,568 milyon manat, “Xalq Həyat” Sığorta Şirkəti ASC-də 4,920 milyon manat, “AzSığorta” ASC-də 3,074 milyon manat, “İpək Yolu Sığorta” ASC-də isə 1,464 milyon manat təşkil edib.
2026-cı ilin yanvar–may aylarında sığorta yığımları
№ | Sığorta şirkəti | Sığorta yığımları (min manat) |
|---|---|---|
1 | Paşa Həyat Sığorta ASC | 370 978 |
2 | Paşa Sığorta ASC | 172 311 |
3 | Atəşgah Həyat Sığorta Şirkəti ASC | 50 417 |
4 | Atəşgah Sığorta Şirkəti ASC | 27 058 |
5 | Qala Sığorta ASC | 21 098 |
6 | Aqrar Sığorta ASC | 13 383 |
7 | Azərbaycan Sənaye Sığorta ASC | 13 006 |
8 | Meqa Həyat Sığorta ASC | 12 349 |
9 | Meqa Sığorta ASC | 12 146 |
10 | Qala Həyat Sığorta Şirkəti ASC | 11 818 |
11 | Xalq Sığorta ASC | 11 040 |
12 | A-Qroup Sığorta Şirkəti ASC | 7 568 |
13 | Xalq Həyat Sığorta Şirkəti ASC | 4 920 |
14 | AzSığorta ASC | 3 074 |
15 | İpək Yolu Sığorta ASC | 1 464 |
Cəmi | 15 sığorta şirkəti | 732 633 |