Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-APREL/2026

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-APREL/2026

SIĞORTA
279

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə toplanan sığorta haqlarının həcmi açıqlanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qeyd oluna dövr ərzində sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 3,7 faiz artım deməkdir.

Hesabat dövrü ərzində sığorta bazarında ən yüksək yığımlar “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. Şirkət 309,834 milyon manat sığorta haqqı toplayaraq siyahıya liderlik edib.

İkinci yerdə 149,424 milyon manat göstərici ilə “Paşa Sığorta” ASC qərarlaşıb.

Üçüncü sırada isə 39,414 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti yer alıb.

Sığorta şirkətləri üzrə renkinq (2026 yanvar–aprel)

Sıra

Şirkətin adı

Sığorta haqları (milyon manat)

1

Paşa Həyat Sığorta

309,834

2

Paşa Sığorta

149,424

3

Atəşgah Həyat Sığorta Şirkəti

39,414

4

Atəşgah Sığorta Şirkəti

21,842

5

Qala Sığorta

16,732

6

Aqrar Sığorta

11,857

7

Azərbaycan Sənaye Sığorta

10,881

8

Meqa Həyat Sığorta

9,634

9

Xalq Sığorta ASC

9,551

10

Meqa Sığorta ASC

9,373

11

Qala Həyat

8,864

12

A-Qroup Sığorta Şirkəti

5,404

13

Xalq Həyat Sığorta Şirkəti

3,788

14

AzSığorta

2,472

15

İpək Yolu Sığorta

1,145

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-APREL/2026 — Fins.az — Fins.az