Sığorta sektoru ilə bağlı 2021-ci ilin vacib prioritetləri açıqlandı

Sığorta sektoru ilə bağlı 2021-ci ilin vacib prioritetləri açıqlandı

SIĞORTA
1,247

Azərbaycanda gələn il sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaq. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta sektoru ilə bağlı 2021-ci ilin vacib prioritetləri açıqlandı — Fins.az — Fins.az