Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MAY/2026

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MAY/2026

SIĞORTA
245

Fins.az – 2026-cı ilin yanvar–may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hesabat dövründə ölkədə fəaliyyət göstərən 15 sığorta şirkəti tərəfindən ümumilikdə 409,636 milyon manat sığorta ödənişi həyata keçirilib.

Sığorta bazarında ən böyük ödəniş 240,536 milyon manat ilə “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. Şirkət ümumi sığorta ödənişlərinin ən böyük hissəsini təmin edərək lider mövqeyini qoruyub.

İkinci yerdə 66,754 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 41,736 milyon manat ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.

Sonrakı sıralarda “Atəşgah” Sığorta Şirkəti ASC 16,944 milyon manat, “Qala Sığorta” ASC 10,174 milyon manat, “Azərbaycan Sənaye Sığorta” ASC isə 7,455 milyon manat sığorta ödənişi həyata keçirib.

Hesabat dövründə “Meqa Sığorta” ASC 7,008 milyon manat, “A-Qroup Sığorta Şirkəti” ASC 5,251 milyon manat, “Xalq Sığorta” ASC 4,044 milyon manat ödəniş edib.

Digər şirkətlər üzrə ödənişlər “Xalq Həyat” Sığorta Şirkəti ASC-də 2,204 milyon manat, “Meqa Həyat Sığorta” ASC-də 2,145 milyon manat, “Qala Həyat” Sığorta Şirkəti ASC-də 1,491 milyon manat, “AzSığorta” ASC-də 652 min manat, “Aqrar Sığorta” ASC-də 359 min manat, “İpək Yolu Sığorta” ASC-də isə 3 min manat təşkil edib.

2026-cı ilin yanvar–may aylarında sığorta ödənişləri

Sığorta şirkəti

Sığorta ödənişləri (min manat)

1

Paşa Həyat Sığorta ASC

240 536

2

Paşa Sığorta ASC

66 754

3

Atəşgah Həyat Sığorta Şirkəti ASC

41 736

4

Atəşgah Sığorta Şirkəti ASC

16 944

5

Qala Sığorta ASC

10 174

6

Azərbaycan Sənaye Sığorta ASC

7 455

7

Meqa Sığorta ASC

7 008

8

A-Qroup Sığorta Şirkəti ASC

5 251

9

Xalq Sığorta ASC

4 044

10

Xalq Həyat Sığorta Şirkəti ASC

2 204

11

Meqa Həyat Sığorta ASC

2 145

12

Qala Həyat Sığorta Şirkəti ASC

1 491

13

AzSığorta ASC

652

14

Aqrar Sığorta ASC

359

15

İpək Yolu Sığorta ASC

3

Cəmi

15 sığorta şirkəti

409 636

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MAY/2026 — Fins.az — Fins.az