Sığorta məhsulu gözlənilməz risklərə qarşı müdafiə yaradır

Sığorta məhsulu gözlənilməz risklərə qarşı müdafiə yaradır

SIĞORTA
239

Fins.azPAŞA Həyat Sığorta ASC kritik xəstəliklər zamanı maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına dəstək məqsədilə “Həyata bağlan” sığorta məhsulunu təqdim edir.

Şirkətin məlumatına görə, “Həyata bağlan” sığortası kritik xəstəliklərlə üzləşən şəxslərin maliyyə yükünün azaldılması üçün hazırlanıb. Sığorta təminatına xərçəng, insult, miokard infarktı, böyrək çatışmazlığı, iflic və aorto-koronar şuntlama kimi kritik xəstəliklər daxildir.

Bildirilir ki, bu sığorta məhsulu əldə edildikdə kritik xəstəlik diaqnozu qoyulduğu zaman sığortalıya birdəfəlik iri məbləğdə sığorta təminatı ödənilir. Həmin vəsait müalicə xərclərinin qarşılanmasına və yaranan maliyyə çətinliklərinin aradan qaldırılmasına kömək edir.

PAŞA Həyat qeyd edir ki, 30 yaşlı şəxs ildə cəmi 144 AZN sığorta haqqı ödəməklə 30 000 AZN məbləğində sığorta təminatı əldə edə bilər. Eyni zamanda, sığorta haqqının hissə-hissə ödənilməsi imkanı da mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta məhsulu gözlənilməz risklərə qarşı müdafiə yaradır — Fins.az — Fins.az