Rəqəmsal texnologiyalar sektorunda çalışanlara sosial sığorta güzəştləri tətbiq ediləcək

Rəqəmsal texnologiyalar sektorunda çalışanlara sosial sığorta güzəştləri tətbiq ediləcək

SIĞORTA
289

Fins.az – Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində çalışan şəxslər üçün məcburi dövlət sosial sığorta haqları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.

Bu, Milli Məclisin dünənki iclasında müzakirə olunan "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, texnologiyalar parklarının rezidentləri istisna olmaqla, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən işəgötürənlərdə çalışan sığortaolunanların muzdlu işdən əldə etdikləri aylıq gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları aşağıdakı qaydada hesablanacaq:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Ümumi sığorta haqqı

İşçinin payı

İşəgötürənin payı

200 manatadək

14%

2%

12%

200–8 000 manat

12%

6 manat + 200 manatdan yuxarı hissənin 5%-i

44 manat + 200 manatdan yuxarı hissənin 7%-i

8 000 manatdan çox

10%

786 manat + 8 000 manatdan yuxarı hissənin 5%-i

1 214 manat + 8 000 manatdan yuxarı hissənin 5%-i

Qanun layihəsinə əsasən, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrində çalışan yüksəkixtisaslı miqrantlar, eləcə də rəqəmsal səyyahlar 2026-cı il iyulun 1-dən etibarən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb edilməyəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəqəmsal texnologiyalar sektorunda çalışanlara sosial sığorta güzəştləri tətbiq ediləcək — Fins.az — Fins.az