Qala Sığorta ASC-nin xalis mənfəəti azalıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ

Qala Sığorta ASC-nin xalis mənfəəti azalıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ

SIĞORTA
259

2024 və 2025-ci illər üzrə maliyyə hesabatlarının müqayisəsi göstərir ki, Qala Sığorta ASC-də gəlirlər artsa da, xərclərin daha sürətli yüksəlməsi və sığorta ödənişlərində kəskin artım fonunda şirkətin xalis mənfəəti azalıb.

Fins.az Qala Sığorta ASC-nin maliyyə göstəricilərinə əsasən xəbər verir ki, 2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 80 579 134,83 manat olduğu halda, 2025-ci ildə bu göstərici 79 687 501,19 manata düşərək 1,11% azalma nümayiş etdirib. Birbaşa sığorta üzrə sığorta haqları da 77 079 473,50 manatdan 75 588 326,44 manata enərək 1,93% azalıb.

Bununla yanaşı, bəzi gəlir istiqamətləri artım göstərib. Təkrarsığorta üzrə haqlar 2 271 361,36 manatdan 3 352 034,25 manata yüksələrək 47,57% artıb, sığorta ödənişlərində təkrarsığortaçıların payı isə 1 228 299,97 manatdan 736 090,49 manata düşərək 40,05% azalıb. İnvestisiya gəlirləri 4 404 461,79 manatdan 5 408 846,48 manata qalxaraq 22,81% artım, subroqasiya gəlirləri isə 10,72% artım nümayiş etdirib. Sair gəlirlər isə 1 980 889,71 manatdan 3 769 347,31 manata yüksələrək 90,25% kəskin artım göstərib.

Nəticədə şirkətin cəmi gəlirləri 78 157 010,31 manatdan 84 617 333,76 manata yüksələrək 8,27% artıb.

Xərclər üzrə isə daha kəskin dinamika qeydə alınıb. Cəmi xərclər 59 900 588,46 manatdan 69 714 239,78 manata qalxaraq 16,39% artıb. Əsas əməliyyat xərcləri 37 368 586,00 manatdan 48 726 918,15 manata yüksələrək 30,40% artım göstərib.

Sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 17 351 251,78 manatdan 27 066 878,71 manata yüksələrək 56,01% artıb. Təkrarsığortaya verilmiş sığorta haqları da 15 865 970,47 manatdan 19 014 098,58 manata qalxaraq 19,85% artıb. Qaytarılan sığorta haqları isə 41,52% azalıb.

Digər xərclərdə qarışıq dinamika müşahidə olunub: işlərin aparılması xərcləri 6,82% azalıb, tənzimləmə xərcləri 13,2% azalıb, qarşısıalınma tədbirləri fondu üzrə ayırmalar isə 3,17% azalıb.

Nəticədə maliyyə mənfəəti 18 256 421,85 manatdan 14 903 093,98 manata düşərək 18,36% azalıb. Mənfəət vergisi də 11,99% azalaraq 3 378 000,58 manatdan 2 972 505,21 manata enib.

Xalis mənfəət isə 14 878 421,27 manatdan 11 930 588,77 manata düşərək 19,82% azalma göstərib.

Ümumilikdə, 2025-ci ildə Qala Sığorta ASC-də gəlirlər 8,27% artsa da, xüsusilə sığorta ödənişləri üzrə xərclərin 56% və ümumi xərclərin 16,39% artması şirkətin xalis mənfəətinin təxminən beşdə bir azalmasına səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qala Sığorta ASC-nin xalis mənfəəti azalıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ — Fins.az — Fins.az