Onlayn sığorta xidmətləri maliyyə təhlükəsizliyini gücləndirir

Onlayn sığorta xidmətləri maliyyə təhlükəsizliyini gücləndirir

SIĞORTA
346

Fins.azAzərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə ABB Mobile tətbiqi vasitəsilə müxtəlif icbari və könüllü sığorta məhsullarını əldə etmək imkanı təqdim etdiyini açıqlayıb.

Bankın məlumatına görə, istifadəçilər tətbiq üzərindən səyahət, nəqliyyat, əmlak, tibbi və Kredit Həyat Sığortasını onlayn rəsmiləşdirə, sığorta müqavilələrini izləyə və prosesləri daha sürətli idarə edə bilərlər.

Məlumata görə, ABB Mobile vasitəsilə icbari avtomobil sığortası, əmlak və səyahət sığortası, eləcə də Kredit Həyat Sığortası məhsullarından yararlanmaq mümkündür. Bank bildirib ki, bu xidmətlər gözlənilməz hadisələr nəticəsində yarana biləcək maliyyə risklərinin azaldılmasına və müştərilərin sığorta xidmətlərinə daha rahat çıxış əldə etməsinə imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Onlayn sığorta xidmətləri maliyyə təhlükəsizliyini gücləndirir — Fins.az — Fins.az