Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib

Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib

SIĞORTA
1,719

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasına (DŞ) yeni müstəqil üzv təyin edilib.

Fins.az-ın məlumatına görə, bu barədə APA-ya təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Asim Salamov Direktorlar Şurasına müstəqil üzv seçilib.

Qeyd edək ki, Direktorlar Şurasının müstəqil üzvü bundan əvvəl Anar Mansurov olub. O ötən ilin sentyar ayında şirkətdən ayrılmışdı.

"AzRe Təkrarsığorta"nın Direktorlar Şurasının yeni müstəqil üzvü Asim Salamov isə 2017-ci ilə kimi "Bank BTB"nin müşahidə şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib — Fins.az — Fins.az