İstehsalat risklərinə qarşı “İcbari Həyat Sığortası” təqdim olunur

İstehsalat risklərinə qarşı “İcbari Həyat Sığortası” təqdim olunur

SIĞORTA
308

“PAŞA Həyat Sığorta” ASC iş yerlərində baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı risklərin azaldılması məqsədilə “İcbari Həyat Sığortası” məhsulunu təqdim edir.

Məhsul iş yerində baş verən bədbəxt hadisələr nəticəsində yaranan əlavə xərclərin həm işəgötürən, həm də işçilər üçün maliyyə yükünə çevrilməsinin qarşısını almağı hədəfləyir. Şirkət işçilərin və işəgötürənlərin risklərdən qorunması üçün “İcbari Sığorta”ya qoşulmağı tövsiyə edir.

“İcbari Həyat Sığortası” çərçivəsində istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm halı üzrə təminat verilir, həmçinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları da sığorta təminatına daxildir.

Məhsul VÖEN-i olan fiziki şəxslər və hüquqi şəxslər üçün nəzərdə tutulub. Sığorta prosesi onlayn şəkildə sürətli formada həyata keçirilir.

“İcbari Həyat Sığortası”nın üstünlükləri arasında işəgötürənlər üçün bədbəxt hadisə nəticəsində yaranan maddi ödəniş xərclərinin olmaması, təminatların yalnız ölkə ərazisi ilə məhdudlaşmaması və bütün dünyada keçərli olması yer alır. Eyni zamanda, məhsul işçinin və onun ailəsinin maddi müdafiəsini təmin edir və hissəvi ödəniş imkanı təqdim edir.

Tariflərə əsasən, qulluqçular üçün sığorta haqqı illik əmək haqqı fondunun 0.2% - 0.5%, fəhlələr üçün isə 0.4% - 2.0% aralığında müəyyən edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İstehsalat risklərinə qarşı “İcbari Həyat Sığortası” təqdim olunur — Fins.az — Fins.az