İşçilərin həyatını və sağlamlığını qoruyan korporativ sığorta proqramı

İşçilərin həyatını və sağlamlığını qoruyan korporativ sığorta proqramı

SIĞORTA
188

PAŞA Həyat Sığorta ASC tərəfindən təqdim olunan Korporativ Həyat Sığortası məhsulu işçilərin və onların ailələrinin maliyyə təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Şirkətin məlumatına görə, sığorta proqramı xərçəng, miokard infarktı, böyrək çatışmazlığı və digər 20-yə qədər kritik xəstəlik üzrə təminat təqdim edir. Eyni zamanda, iş zamanı və ya işdənkənar saatlarda baş verən hadisələr nəticəsində ölüm və I, II, III qrup əlillik halları da sığorta təminatına daxildir.

Məhsulun əsas üstünlükləri sırasında 24 saat fasiləsiz təminat, bütün dünya üzrə qüvvədə olması, kritik xəstəliklər üzrə geniş əhatə dairəsi və sığorta olunanların sayı artdıqca daha sərfəli sığorta haqqının tətbiqi yer alır.

Korporativ Həyat Sığortası əməkdaşlar üçün şirkət tərəfindən göstərilən əlavə sosial dəstək olmaqla yanaşı, onların ailə üzvlərinə də maliyyə təhlükəsizliyi təmin edir. Ölüm halında hüquqi varislərə və ya təyin olunmuş şəxslərə birdəfəlik ödəniş həyata keçirilir ki, bu da dəfn xərcləri, ipoteka ödənişləri və digər maliyyə öhdəliklərinin qarşılanmasına dəstək verir.

Şirkətlər üçün isə bu məhsul peşəkar kadrların cəlb olunması, əməkdaş loyallığının artırılması, işçi məmnuniyyətinin yüksəldilməsi və məhsuldarlığın artırılması baxımından mühüm üstünlüklər yaradır. Bundan əlavə, proqram həm işçilərin, həm də işəgötürənlərin gözlənilməz maliyyə xərclərini azaltmağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, müasir korporativ idarəetmədə həyat və sağlamlıq sığortası paketləri əməkdaşların rifahının təmin olunmasında və şirkətin sosial məsuliyyət strategiyasının gücləndirilməsində mühüm rol oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşçilərin həyatını və sağlamlığını qoruyan korporativ sığorta proqramı — Fins.az — Fins.az