ƏSF-in investisiya portfeli 119,6 milyon manata çatıb

ƏSF-in investisiya portfeli 119,6 milyon manata çatıb

SIĞORTA
115

Fins.az – 2026-cı ilin II rübünün sonuna Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manata çatıb.

Bu barədə ƏSF-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Gününün 151 illiyi münasibətilə Şamaxıda keçirilən Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.

Onun sözlərinə görə, bununla Fondun investisiya portfelinin həcmi 2022-ci illə müqayisədə təxminən 3 dəfə artıb.

İnvestisiya portfelinin 62%-i manatla formalaşıb

Sevinc Səlimova bildirib ki, 2026-cı il iyulun 1-nə ƏSF-in investisiya portfelinin 62%-i Azərbaycan manatı, 31%-i ABŞ dolları, 7%-i isə avro ilə formalaşıb.

Hesabat dövrünün sonuna investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manat təşkil edib.

2022-ci ilin sonunda portfel 42,9 milyon manat olub

ƏSF rəsmisinin sözlərinə görə, 2022-ci ilin IV rübündə Fondun investisiya portfelinin ümumi həcmi 42,9 milyon manat təşkil edib.

Həmin vəsaitin 30 milyon manatı dövlət istiqrazlarına, 12,9 milyon manatı isə ABŞ Xəzinədarlıq notları və veksellərinə yatırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ƏSF-in investisiya portfeli 119,6 milyon manata çatıb — Fins.az