
Daşınmaz əmlakın icbari sığortası: şəhərlərə görə ödənişlər
Fins.az - “Rabitəbank” ASC daşınmaz əmlakın icbari sığortası üzrə tətbiq olunan sığorta haqqı və təminat məbləğlərini açıqlayıb.
Məlumata görə, yaşayış evləri və mənzillər üzrə sığorta haqqı Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə isə 30 manat təşkil edir.
Qeyd olunur ki, sığorta hadisəsi baş verdikdə əmlak sahibinə ödəniləcək sığorta məbləği Bakı şəhəri üzrə 25 000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat, digər şəhər və bölgələrdə isə 15 000 manat müəyyən edilib.
Bildirilir ki, icbari sığorta daşınmaz əmlakın mümkün risklərdən qorunmasını təmin etməyə yönəlib.