Azərbaycanın sığorta bazarı böyüyüb

Azərbaycanın sığorta bazarı böyüyüb

SIĞORTA
357

Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 505 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% artım deməkdir.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 920,4 milyon manat təşkil edib ki, bu da illik ifadədə 22,3% yüksəliş göstərib.

2025-ci ildə həyat sığortası növləri üzrə 642,9 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur. Toplanan məbləğin 637 milyon manatı könüllü həyat sığortasının, 5,9 milyon manatı isə icbari həyat sığortasının payına düşüb.

Qeyri-həyat sığortası növləri üzrə isə ödənişlərin həcmi 3% artaraq 277,5 milyon manata çatıb. Bu məbləğin 136,9 milyon manatı könüllü, 140,6 milyon manatı isə icbari sığorta növləri üzrə ödənişlərdən formalaşıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın sığorta bazarı böyüyüb — Fins.az — Fins.az