Azərbaycanda sosial sığorta daxilolmaları artıb, icbari tibbi sığorta azalıb

Azərbaycanda sosial sığorta daxilolmaları artıb, icbari tibbi sığorta azalıb

SIĞORTA
701

2026-cı ilin yanvar-fevral ayları ərzində Azərbaycanda muzdlu işçilərin əməkhaqqı fondunun “ağarması” və sosial sığortanın rəsmiləşdirilməsi prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları isə 8,9 % artaraq 706,1 milyon manata çatıb.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 8,4 % artaraq 37,3 milyon manata yüksəlib. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 12 % artaraq 29,9 milyon manat olub.

Eyni zamanda, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,7 % azalaraq 163,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə icbari tibbi sığorta daxilolmaları isə 5,4 % azalaraq 115,7 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial sığorta daxilolmaları artıb, icbari tibbi sığorta azalıb — Fins.az — Fins.az