Azərbaycanda sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları açıqlandı

Azərbaycanda sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları açıqlandı

SIĞORTA
178

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 189,9 milyon manat çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 2 milyard 244,9 milyon manatdan çox olub.

Bununla yanaşı, 2026-cı ilin ilk altı ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat təşkil edib. Bu göstərici proqnozu 6 milyon manat üstələyib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 92,5 milyon manatdan çox olub.

Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 517,1 milyon manatdan çox təşkil edib. Bu sahədə də proqnoz 13 milyon manat üstələnib, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 337,4 milyon manatdan çox olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları açıqlandı — Fins.az — Fins.az