Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığorta şirkətləri - SİYAHI

Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığorta şirkətləri - SİYAHI

SIĞORTA
546

Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım qeydə alınan şirkətlər açıqlanıb.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında məlumat yer alır.

Hesabata əsasən, 2024-cü ilin 11 ayı ərzində aşağıdakı sığorta şirkətləri ödənişlərində əhəmiyyətli artımla seçiliblər:

  1. "Meqa Həyat Sığorta" – Ödənişlərdə 65,1 dəfə və ya 962 min manat artım müşahidə olunub.
  2. "Atəşgah Həyat" Sığorta Şirkəti – Ödənişlər 2,1 dəfə (26,8 milyon manat) artıb.
  3. "Aqrar Sığorta" ASC – Ödənişlərdə 2,1 dəfə (2,9 milyon manat) artım qeydə alınıb.
  4. "Xalq Həyat" Sığorta Şirkəti ASC – Ödənişlər 79% və ya 2,4 milyon manat artıb.
  5. "Qala Sığorta" – Müştərilərə ödənilən məbləğ 76% (6,6 milyon manat) artıb.
  6. "Meqa Sığorta" – Ödənişlərdə 73%, başqa sözlə, 6 milyon manat artım qeydə alınıb.
  7. "Atəşgah" Sığorta Şirkəti – Ödənişlər 60% və ya 9,1 milyon manat artıb.
  8. "Paşa Həyat Sığorta" – Ödənişlərin məbləği 59% (144,3 milyon manat) artıb.
  9. "Paşa Sığorta" – Ödənişlərdə artım 44% və ya 39,2 milyon manat təşkil edib.

Bu göstəricilər, ölkədə sığorta sektorunda son dövrlərdəki dinamik inkişafı və müştərilərə göstərilən xidmətlərin genişləndiyini əks etdirir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığorta şirkətləri - SİYAHI — Fins.az — Fins.az