Azərbaycanda qeyri-həyat sığortası bazarında ödənişlər artıb

Azərbaycanda qeyri-həyat sığortası bazarında ödənişlər artıb

SIĞORTA
182

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 238,681 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 4,7% azalma deməkdir.

Məlumata görə, hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə sığorta ödənişlərinin həcmi 97,332 milyon manata yüksəlib. Bu isə illik müqayisədə 14,3 milyon manat və ya 17,3% artım deməkdir.

Beləliklə, cari ilin ilk dörd ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 610,216 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artım deməkdir.

Eyni dövrdə sığorta ödənişlərinin ümumi həcmi 304,353 milyon manat təşkil edib və illik müqayisədə 31,6% artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-həyat sığortası bazarında ödənişlər artıb — Fins.az — Fins.az