Azərbaycanda könüllü sığorta bazarı 7 %-ə yaxın böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 7 %-ə yaxın böyüyüb

SIĞORTA
538

Fins.az - 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda könüllü sığorta üzrə sığorta şirkətlərinin yığımları 234,436 mln manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Həmin dövrdə könüllü sığorta üzrə ödənişlər 121,772 mln manat olub və 39,4% artıb. Bu da göstərir ki, toplanan hər 100 manat sığorta haqlarından 51,9 manat ödənilib (2025-ci ilin yanvar–fevralında – 39,7 manat).

Ümumilikdə, ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti 277,562 mln manat sığorta haqları toplayıb (1,3% azalma), ödənişlər isə 148,8 mln manat olub (37% artım). Hər 100 manat yığımdan 53,6 manat ödənilib (2025-ci ildə – 38,6 manat).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta bazarı 7 %-ə yaxın böyüyüb — Fins.az — Fins.az