Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

SIĞORTA
433

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 129,231 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon manat və ya 2,1% artım göstərir.

Hesabat dövründə həyat sığortası üzrə ödənişlər 30,7 milyon manat olub və 43,5% artaraq 101,136 milyon manata çatıb. Beləliklə, bu ilin ilk iki ayında toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatı müştərilərə geri ödənilib.

Ümumilikdə, yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin ümumi həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb — Fins.az — Fins.az