Azərbaycan sığorta bazarı 13%-ə yaxın böyüyüb

Azərbaycan sığorta bazarı 13%-ə yaxın böyüyüb

SIĞORTA
1,512

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 797,624 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 10,4% azalaraq 359,296 milyon manat təşkil edib.

Başqa sözlə, sığorta bazarının zərərliliyi 20,7% azalıb.

Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 45 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 56,8 manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan sığorta bazarı 13%-ə yaxın böyüyüb — Fins.az — Fins.az