“Amrah Sığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Amrah Sığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

SIĞORTA
545

Ləğv prosesində olan "Amrah Sığorta" ASC-nin səhmdarlarının aprelin 19-u saat 15:00-da keçirilməsi planlaşdırılan ümumi yığıncağının vaxtı mayın 27-si saat 15:00-a dəyişdirilib.

Buna səbəb səhmdarlardan birinin bu aya nəzərdə tutulmuş yığıncaqda iştirak edə bilməməsidir.

Gələn aya təyin edilmiş yığıncaq isə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq. Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Amrah Sığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib — Fins.az — Fins.az