Vilayət Eyvazov şöbəyə idarə səlahiyyəti verib, yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov şöbəyə idarə səlahiyyəti verib, yeni rəis TƏYİN ETDİ

RƏSMİ
1,371

Daxili işlər orqanlarında yeni təyinat olub.

Fins.az-ın xəbərinə görə, nazir Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Nazirin digər əmri ilə həmin idarənin rəisi vəzifəsinə polis polkovniki Raul Usubov təyin edilib.

Sabiq Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vilayət Eyvazov şöbəyə idarə səlahiyyəti verib, yeni rəis TƏYİN ETDİ — Fins.az — Fins.az