Samir Şərifov: Azərbaycan investisiya cəlbediciliyini artırıb

Samir Şərifov: Azərbaycan investisiya cəlbediciliyini artırıb

RƏSMİ
452

Fins.az - Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda Baş nazirin müavini Samir Şərifov çıxış edərək Azərbaycanın fiskal siyasətində əldə etdiyi nailiyyətlərdən danışıb.

S.Şərifov bildirib ki, aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşdirilib, maliyyə mövqeyi gücləndirilib və investisiya cəlbediciliyi artıb. Onun sözlərinə görə, bu, şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə institusional bazanın möhkəmləndirilməsi deməkdir.

Baş nazirin müavini qeyd edib ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, ticarət proteksionizmi, texnoloji və enerji transformasiyalar Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni çağırışlar yaradır. Bu çağırışların adekvat qiymətləndirilməsi və cavablandırılması üçün vergi sisteminin institusional potensial və idarəetmə təcrübəsinə verdiyi töhfələr forumun əsas mövzularından biridir.

S.Şərifov vurğulayıb ki, dünya iqtisadiyyatında gedən proseslər iqtisadi qərarların qəbulunu daha mürəkkəbləşdirir. Azərbaycanda isə makroiqtisadi sabitlik qorunur, inflyasiya riski və neft-qaz sektorundakı dəyişikliklər dəyərləndirilir. O əlavə edib:

“Azərbaycan fiskal siyasətdə balansı qoruyan nadir ölkələr sırasındadır. Hasilatların azalması və ifrat qiymət dəyişiklikləri çevik reaksiya tələb edir, lakin ölkəmiz balanslı və effektiv siyasət aparır.”

Forum çərçivəsində iştirakçılar həmçinin vergi sisteminin yeni idarəetmə modelləri və data əsaslı qərarvermə mexanizmləri, rəqəmsal həllər və sosial-iqtisadi inkişafın perspektivləri ilə bağlı müzakirələr aparıblar.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samir Şərifov: Azərbaycan investisiya cəlbediciliyini artırıb — Fins.az — Fins.az