Samir Şərifov: İqtisadi nəzarət daha ağıllı və səmərəli formata çevrilir

Samir Şərifov: İqtisadi nəzarət daha ağıllı və səmərəli formata çevrilir

RƏSMİ
440

Fins.az - Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda Baş nazirin müavini Samir Şərifov iqtisadi siyasətin prioritetləri və dövlət-biznes münasibətlərinin yeni mərhələsi ilə bağlı çıxış edib.

O bildirib ki, hökumətin məqsədi iqtisadi nəzarət funksiyasından tam imtina etmək deyil, onu daha ağıllı və səmərəli formata çevirməkdir. Dövlət və biznes arasında etimada əsaslanan münasibətlər sistemi qurulmalı, proqnozlaşdırıla bilən siyasət və sabit qaydalar sahibkarlıq mühitini gücləndirməlidir.

Samir Şərifov vurğulayıb ki, büdcə-fiskal siyasətində prioritetlərin düzgün müəyyən edilməsi, xərclərin səmərəliliyi və qeyri-neft gəlir mənbələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Vergilər yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi deyil, iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən vasitə kimi mövqeləndirilməlidir.

“Vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamalı, əksinə, onu təşviq etməli, həmçinin sosial öhdəliklərin maliyyələşdirilməsi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazası yaratmalıdır”, – deyə hökumət rəsmisi əlavə edib.

Qeyd olunub ki, “kölgə iqtisadiyyatı”nın azaldılması məhz institusional və sistemli yanaşmanın nəticəsi kimi qiymətləndirilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samir Şərifov: İqtisadi nəzarət daha ağıllı və səmərəli formata çevrilir — Fins.az — Fins.az