Qanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edildi

Qanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edildi

RƏSMİ
1,364

Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Fins.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edildi — Fins.az — Fins.az