
Prezident İlham Əliyev: Tarazlaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıyıq
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünya enerji bazarındakı vəziyyətə toxunub.
Fins.az xəbər verir ki, dövlət başçısı neft və qaz qiymətlərində müşahidə olunan kəskin artımın həm istehlakçılar, həm də qlobal iqtisadiyyat üçün mənfi təsirlər yarada biləcəyini bildirib.
Prezident qeyd edib:
“Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”.
Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.