Prezident İlham Əliyev dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

RƏSMİ
136

Fins.az – Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya, Kamboca, Oman və İrlandiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Prezident səfirlərlə görüşlərdə ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, siyasi, iqtisadi, investisiya, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşlərdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, COP29, regional və qlobal məsələlər, eləcə də qarşılıqlı səfərlərin əhəmiyyəti müzakirə olunub.

Yeni səfirlər Bernard Jorj Leopold de Qarsia Klinql (Braziliya), Sok Çean (Kamboca), Saif Raşid Saif Al Cahvari (Oman) və Kler Brosnan (İrlandiya) ölkələrinin Azərbaycanla əlaqələrin daha da inkişafı üçün çalışacaqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Prezident İlham Əliyev dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib — Fins.az — Fins.az