Ölkə ərazisində 93 mindən çox yeni nəsil NKA quraşdırılıb

Ölkə ərazisində 93 mindən çox yeni nəsil NKA quraşdırılıb

RƏSMİ
479

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 93.230 ədəd yeni nəsil NKA quraşdırılıb.

Fins.az xəbər verir ki, bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 15,6 faiz çoxdur.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ölkə ərazisində 93 mindən çox yeni nəsil NKA quraşdırılıb — Fins.az — Fins.az