Nazir Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb

Nazir Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb

RƏSMİ
1,372

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.

Bu barədə Fins.Az-a RİİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb — Fins.az — Fins.az