Milli kosmik operatorun vəzifəsi müəyyənləşir

Milli kosmik operatorun vəzifəsi müəyyənləşir

RƏSMİ
692

Yerin məsafədən müşahidəsi peyk sistemi vasitəsilə Yer səthinin quruluşu haqqında məlumatların toplanması və təbiət hadisələrinin dəyişkənliyi, antropogen faktorlar, təbii ehtiyatlar, ətraf mühit, eləcə də elmi, iqtisadi, ekoloji və müdafiə məsələlərinin həlli məqsədilə təsvir və digər informasiya əldə edilir.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli kosmik operatorun vəzifəsi müəyyənləşir — Fins.az — Fins.az