Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək

Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək

RƏSMİ
538

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, yol qəzasında ölən hərbi qulluqçularımıza şəhid statusu veriləcək.

Qeyd edək ki, ötən gün saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək — Fins.az — Fins.az