Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - ƏMR

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - ƏMR

RƏSMİ
894

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Fins.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

K. Əliyev  açıqlamasında faktı təsdiqləyib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - ƏMR — Fins.az — Fins.az