İntellektual hərbi qulluqçular üçün yeni xidmət konsepsiyası

İntellektual hərbi qulluqçular üçün yeni xidmət konsepsiyası

RƏSMİ
351

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu islahatları çərçivəsində Azərbaycan Ordusunda istedadlı və intellektual baxımdan fərqlənən hərbi qulluqçulardan ibarət xüsusi bölmələr formalaşdırılıb.

Finss Müdafiə Nazirliyinin məlumatına əsasən, xəbər verir ki, bu bölmələrdə 600-dən yuxarı bal toplamış və ya beynəlxalq müsabiqələrdə qalib olmuş çağırışçılar xidmət edəcək.

Yeni hərbi xidmət konsepsiyasına əsasən, bu gənclər Milli Müdafiə Universitetində xüsusi layihələrdə iştirak edərək, orduya rəqəmsal bacarıqların inkişafı və müasir texnologiyaların tətbiqi sahəsində töhfə verəcəklər. Bu addım, ölkənin insan kapitalının inkişafına və gənclərin peşəkar bacarıqlarının artırılmasına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İntellektual hərbi qulluqçular üçün yeni xidmət konsepsiyası — Fins.az — Fins.az