İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək

İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək

RƏSMİ
1,561

İnformasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması üçün vergi və digər icbari ödənişlərə dair güzəştlər müəyyən ediləcək.

Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi ilə birgə 2024-cü ildə informasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması, həmçinin istehsalı üçün vergi və digər icbari ödənişlərə dair güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək — Fins.az — Fins.az