İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinə 10,5 milyon manat vəsait ayırıb - SƏRƏNCAM

İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinə 10,5 milyon manat vəsait ayırıb - SƏRƏNCAM

RƏSMİ
511

Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılıb.

Finss.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinə 10,5 milyon manat vəsait ayırıb - SƏRƏNCAM — Fins.az — Fins.az