İlham Əliyev dəmir yoluna 3 milyon manat ayrılıb - SƏRƏNCAM

İlham Əliyev dəmir yoluna 3 milyon manat ayrılıb - SƏRƏNCAM

RƏSMİ
915

Prezident İlham Əliyev "Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Fins.az-ın xəbərinə görə, sənəd ölkədə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə imzalanıb.

Sərəncamla Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlham Əliyev dəmir yoluna 3 milyon manat ayrılıb - SƏRƏNCAM — Fins.az — Fins.az