"Heydər Əliyev adına təqaüd" təsis edilib - SƏRƏNCAM

"Heydər Əliyev adına təqaüd" təsis edilib - SƏRƏNCAM

RƏSMİ
728

"Heydər Əliyev adına təqaüd" təsis edilib.

Fins.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün "Heydər Əliyev adına təqaüd" təsis edilib.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Heydər Əliyev adına təqaüd" təsis edilib - SƏRƏNCAM — Fins.az — Fins.az