Əli Əsədov Türkmənbaşıda Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclasında iştirak edib

Əli Əsədov Türkmənbaşıda Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclasında iştirak edib

RƏSMİ
650

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov işgüzar səfərlə Türkmənistana gedib.

Finss.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.

Avqustun 5-də Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına əsasən, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əli Əsədov Türkmənbaşıda Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclasında iştirak edib — Fins.az — Fins.az