Ceyhun Bayramov: Azərbaycan və Moldova iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığı inkişaf etdirəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Görüşdə nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsi, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də BMT və ATƏT çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı dron hücumları ilə bağlı narahatlıq ifadə edib, mülki infrastrukturun zədələnməsi və şəxslərin yaralanması barədə məlumat verib.
Nazir həmçinin Moldovanı Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə məlumatlandırıb.
Fuad Mədətov
Fins.az