Ceyhun Bayramov və Mixay Popşoi ikitərəfli əməkdaşlığı gücləndirəcək sənəd imzalayıb
Fins.az - Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalayıb.
Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın xarici işlər naziri Mixay Popşoi təsdiqləyib.
Plan iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyini əks etdirir.
Fuad Mədətov
Fins.az