Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 5,72 milyard dollara çatıb - Vüqar Bayramov

Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 5,72 milyard dollara çatıb - Vüqar Bayramov

RƏSMİ
218

Antalya Diplomatiya Forumu artıq təkcə regional deyil, eyni zamanda qlobal məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, dövlət başçısının forumda iştirakı Azərbaycanın bu tədbirə xüsusi önəm verdiyini göstərir.

Vüqar Bayramovun sözlərinə görə, qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaş ölkələrindən biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon ABŞ dolları təşkil edib. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycanın 1 milyard 34 milyon ABŞ dolları müsbət saldosu var.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması əsas hədəf kimi müəyyən edilib.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür və bu göstərici ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə həmçinin Azərbaycanın ixracında 13,5% payla ikinci əsas tərəfdaş mövqeyindədir. Qeyri-neft ixracında isə Türkiyənin payı 16,5% təşkil edir.

Vüqar Bayramov həmçinin bildirib ki, iqtisadi münasibətlər yalnız ticarətlə məhdudlaşmır, qarşılıqlı investisiya qoyuluşları da genişlənir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

O əlavə edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri strateji əlaqələri daha da gücləndirir və Azərbaycan Prezidentinin Türkiyəyə növbəti səfəri iki ölkə münasibətlərində yeni mərhələ açacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 5,72 milyard dollara çatıb - Vüqar Bayramov — Fins.az — Fins.az