Azərbaycanda koronavirusa görə qəlyana qadağa qoyuldu – RƏSMİ

Azərbaycanda koronavirusa görə qəlyana qadağa qoyuldu – RƏSMİ

RƏSMİ
1,273

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Bu barədə  Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda koronavirusa görə qəlyana qadağa qoyuldu – RƏSMİ — Fins.az — Fins.az