Azərbaycanda ilk dəfə Dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb

Azərbaycanda ilk dəfə Dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb

RƏSMİ
389

Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

"Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82%-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ilk dəfə Dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb — Fins.az — Fins.az