Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 10 faiz artıb

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 10 faiz artıb

RƏSMİ
253

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 449,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 10 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,3 faiz gəlir əldə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 10 faiz artıb — Fins.az — Fins.az